Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir

0

  •        Bildiyimiz kimi 2021-ci il  aprelin  13-də  Müzəffər  Ali  Baş Komandanımız Cənab İlham Əliyev ADA Universitetində  keçirilən “Cənubi  Qafqaza  yeni  baxış,  münaqişədən  sonra  inkişaf və əməkdaşlıq” adlı beynəlxalq  konfransda iştirak  edib. Möhtərəm  Prezidentimiz  konfrans  iştirakçılarını  salamladıqdan sonra ölkəmizdə  baş  verən  proseslərdə  öz  münasibətini  bildirdi. Cənab  İlham Əliyev dünyaya  səs  salan  44  günlük  ikinci  Qarabağ  müharibəsi  barədə  də  danışdı. Dedi ki, 30 ilə yaxın idi ki, doğma  torpaqlarımız  Ermənistanın  işğalı  altında  inləyirdi. Mənfur  qonşularımız  şəhər  və kəndlərimizi dağıtmış  el-obalarımızı  viran  qoymuşdu.  Uzun əsrlərdən qalan mədəni  abidələrimizi  sökmüş,  özlərinin çirkin abidələrini qondarmışdılar. Nə qədər soydaşımızı məhv etmiş,  köçkün  vəziyyətinə  salmışdılar. Tariximizi  təhrif  edərək hər yerdə söyləyirdilər ki,  Qarabağ erməni dövlətidir.  Qafqazda ermənilərdən başqa  xalq yaşamayıb. Xocalı qatilləri  Sarkisyan,  Koçaryan yaratdıqları  “Arsak” dövləti ilə fəxr edirdilər.  Qarabağın başının zümrüd tacı  olan Şuşada ziyafət təşkil edir,  yallı oynayırdılar.      Dünyanın müxtəlif ölkələrində  ağalıq edən erməni vandalları  hər yerdə Arsakın Ermənistan  dövləti olduğunu sübut edirdilər.  ancaq səbr kasamız daşdı, biz  bunları özümüz mühakimə etdik. 44  günlük müharibə  ilə  torpaqlarımızı  erməni  vandalizmindən  təmizlədik.  “Dəmir  yumruğumuz” düşmənə  dərs verdi.  Müzəffər ordumuz  düşməni itiqovan kimi qovdu.  Ermənilər heç  də  bizim  belə bir  rəşadətli  ordumuzun olmasına  inanmırdılar. Ancaq  biz  onlara  xalqımızın  sarsılmaz  birliyini  nümayiş etdirdik. İgid  oğullarımızın  vətənpərvərliyini  bir daha göstərdik, qələbə  qazandıq. Beynəlxalq ictimaiyyət  ermənilərin iç üzünü gördü.  Onların dırnaqarası ordusu hər  şeyini döyüş meydanında qoyub  qaçdı. Ancaq onları yenə dünya  ictimaiyyətinə yalan ifadələr  verirlər. Gəncəyə, Bərdəyə,  Mingəçevirə, Şuşaya atılan  bombaları bir daha erməni  barbarlığının iç üzünü  açdı.  10 noyabrda bağlanan müqavilədə  onların  kapitulayasiya  sənədinə  imza atması sübut etdi ki,  ermənilər, doğrudan  da,  terroçudur, qaniçəndir,  cinayətkardır. Qələbədən  neçə  ay keçib. Yenə də ermənilər  yalan ümidlərlə yaşayır,  Qarabağın ancaq onların olması  fikrinə  inanırlar. Artıq Şuşamız,  bütün Qarabağımız azaddır.  Biz  bütün işğaldan azad  olunan  torpaqlarda üçrəngli  bayraqlarımızı dalğalandırırıq.  Xarıbülbülümüz buna çox sevinir. Azad olunan torpaqlarımızda  yenidənqurma işlərinə  başlamışıq. Su kəmərləri, elektrik xətləri yenidən qurulur. Güləbürd Su Elektrik Stansiyası işə düşüb. Şuşaya yeni yollar çəkirik. Ermənilərin basdırdığı minaları təmizləyirik. Tezliklə  torpaqlarımızda əkin işləri  başlayacaq. Şəhər və kəndlərimiz bərpa olunacaq. Zəngilan çinar meşəsini yenidən bərpa edirik.  Həkəri, Bərgüşad çaylarna körpə  balıqlar buraxmışıq. Artıq  qaçqınlarımız özlərini qaçqın  saymır. Çoxları ata-baba  yurdlarını ziyarət edirlər.  Qarabağda həyat yenidən  qaynayır. Bu zəfəri bizə müzəffər ordumuz qazandırdı. Allah  şəhidlərimizə rəhmət eləsin, qazilərimizə  cansağlığı versin. Düşmən elə bilməsin ki,  biz  bununla  bitirdik. Bizim  Dəmir yumruğumuzun  zərbəsi  hələ də yerindədir. Başqa  xəyala  düşən  düşmənə bundan da artıq dərs  verməyə  hazırıq.         Yaşasın  Azərbaycan!  Eşq  olsun Azərbaycan Ordusuna !       Qarabağ  Azərbaycandır!Natalia Yusifova,Meşəli  kənd  tam tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib25 dəfə
    Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir

    Maraqlı gələ bilər
    31
    47
    25